Yuxarı

Afrika sahillərində iki qayıq çevrilib, 130-dan çox miqrant itkin düşüb

​Afrika sahillərində 130-dan çox miqrant itkin düşüb

Bakı. 30 yanvar. REPORT.AZ/ Cibuti sahillərində miqrantları daşıyan iki qayığın çevrilməsi nəticəsində 5 nəfər ölüb, 130-dan çox insan itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.

Hadisə ölkənin şimal-şərqində yerləşən Obok liman şəhəri ərazisində qeydə alınıb. Qəza barədə yerli sakinlər xəbər veriblər. Sonradan onların dediyi ərazidə 3 qadın və 2 kişi meyiti, həmçinin 2 sağ qalan insan tapılıb.

Məlumata görə, faciə qayıqların həddindən artıq yüklənməsi və dalğanın güclü olması səbəbindən, qayıqlar sahildən uzaqlaşdıqdan təqribən 30 dəqiqə sonra baş verib.

Daha əvvəl Hindistanda qayığın aşması nəticəsində 8-i uşaq olmaqla 10 nəfər çayda boğulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi