Afinada partlayış törədən şəxslər polisə atəş açıblar

Afinada partlayış törədən şəxslər polisə atəş açıblar Bakı. 22 dekabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada Apellyasiya Məhkəməsi yaxınlığında gecə saatlarında bomba qoyan cinayətkarlar polisə atəş açıblar.
Digər ölkələr
22 Dekabr , 2017 16:14
Afinada partlayış törədən şəxslər polisə atəş açıblar

Bakı. 22 dekabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada Apellyasiya Məhkəməsi yaxınlığında gecə saatlarında bomba qoyan cinayətkarlar polisə atəş açıblar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yunanıstan polisindən məlumat verilib.

Əldəqayırma partlayıcı qurğu dünən gecə Afina Apellyasiya Məhkəməsinin binasının girişində partladılıb. Binaya ciddi maddi ziyan vurulub.

Məlumata görə, cinayətkarlar partlayıcı mexanizm olan çantanı məhkəminin qarşısına qoyan zaman mühafizəçilərin diqqətini çəkiblər və onlar qaçmağa çalışıblar. Avtomobildə qalan cinayətkarlarla əlbir olan şəxs polisə atış açıb. Atəş nəticəsində xəsarət alan olmayıb.

Cinayətkarların avtomobili hadisədən az sonra Ekzarxiya bölgəsində aşkar edilib.

İstintaq aparılır.

Son xəbərlər

Orphus sistemi