"Aeroflot" Qazaxıstana uçuşları dayandırır

"Aeroflot" Qazaxıstana uçuşları dayandırır Martın 26-dan etibarən Qazaxıstan istiqamətində uşuçlar həyata keçirilməyəcək
Digər ölkələr
26 Mart , 2016 23:02
Aeroflot Qazaxıstana uçuşları dayandırır

Bakı. 26 mart. REPORT.AZ/ Rusiyanın aparıcı mülki aviasiya şirkəti "Aeroflot" Qazaxıstana uçuşları müvəqqəti olaraq dayandırır.

"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, "Aeroflot" nümayəndələri bildirib ki, martın 26-dan etibarən Qazaxıstan istiqamətində uşuçlar həyata keçirilməyəcək.

"Bu məcburi addımdır. Belə ki, Qazaxıstan tərəfi yay vaxtına keçidlə əlaqədar yenilənmiş uçuş cədvəlini təsdiq etməyib. Halbuki müvafiq sənədlər hələ fevralın 12-də Qazaxıstan tərəfinə təqdim edilib", - deyə aviasiya şirkətinin nümayəndələri qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi