​ABŞ Yəməni bombalayıb, 10-dan çox ölən var

​ABŞ Yəməni bombalayıb, 10-dan çox ölən var Pilotsuz təyyarələr yaraqlıların təlim düşərgəsinə üç zərbə endirib
Digər ölkələr
27 Mart , 2016 22:53
​ABŞ Yəməni bombalayıb, 10-dan çox ölən var

Bakı. 27 mart. REPORT.AZ/ Amerika pilotsuz uçan aparatlarının Yəməndə silsilə hava zərbələri nəticəsində "Əl-Qaidə" terror təşkilatının ən azı 8 yaraqlısı və 3 dinc sakin ölüb.

"Report" xəbər verir ki, bu barədə bazar günü hərbi mənbəyə istinadən "Sinxua" məlumat yayıb.

Pilotsuz təyyarələr şənbə günü Yəmənin cənubunda yerləşən Əbyan əyalətində terrorçuların təlim düşərgəsinə üç raket zərbəsi endirib. Ölənlərlə yanaşı dinc sakinlər arasında yaralananlar da var.

Son xəbərlər

Orphus sistemi