Yuxarı

Nümayəndələr Palatası Yəməndə Ər-Riyada dəstəyin dayandırılmasına dair qətnamə qəbul edib

ABŞ Yəməndə Ər-Riyada dəstəyi dayandırır

Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ-ın Nümayəndələr Palatası Yəməndə "Ənsar Allah" (husilər) üsyançı qruplaşmasına qarşı müharibə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya göstərilən yardımı dayandırmağı nəzərdə tutan qətnaməni təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "The Hill" qəzeti yazıb.

Nəşr qeyd edir ki, qətnaməni 248 qanunverici təsdiq edib, eyni zamanda 177-si onun əleyhinə çıxıb. Senatın da bu qətnaməni təsdiq edəcəyi gözlənilir. Daha sonra prezident Donald Trampın müvafiq fərmanı imzalamaq üçün 30 gün vaxtı olacaq.

Vaşinqton Yəməndə Səudiyyə Ərəbistanı koalisiyasına logistika yardımı göstərir. ABŞ həmçinin kəşfiyyat məlumatları mübadiləsini və koalisiyaya silah tədarükünü həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi