ABŞ: Yəməndə bir neçə amerikalı Huti üsyançıları tərəfindən saxlanılır

ABŞ: Yəməndə bir neçə amerikalı Huti üsyançıları tərəfindən saxlanılır ABŞ vətəndaşları Yəmən paytaxtı Səna yaxınlığındakı həbsxanada saxlanır
Digər ölkələr
1 İyun , 2015 05:27
ABŞ: Yəməndə bir neçə amerikalı Huti üsyançıları tərəfindən saxlanılır

Bakı. 1 İyun. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Yəməndə Amerikanın dəstəklədiyi hökuməti hakimiyyətdən devirib, ərəb dünyasının ən yoxsul ölkəsində nəzarət uğrunda mübarizəni davam etdirən Huti Şiə üsyançılarının bir neçə amerikalını saxladığını bildirib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, "Washington Post" qəzetinin məlumatına əsasən, ABŞ vətəndaşları Yəmən paytaxtı Səna yaxınlığındakı həbsxanada saxlanır və ABŞ-ın onları azad etmək cəhdləri baş tutmayıb. Qəzet saxlanılan amerikalıların heç birinin ABŞ-ın hökumət qulluqçusu olmadığını yazır. Onların üçünün də özəl şirkətdə çalışdığı və ABŞ və Yəmən vətəndaşlığına malik olduğu ehtimal edilir.

Dövlət Departamenti rəsmisinin bildirdiyinə görə, ABŞ onların azad edilməsi üçün mümkün hər şeyi edir. Lakin rəsmi nümayəndə saxlanılanların kimliyi ilə bağlı məlumatların detallarını açıqlamayıb.

Səudiyyə Ərəbistanı ABŞ kəşfiyyatının köməyi ilə mart ayından Huti üsyançılarına qarşı hava hücumları keçirir. İranın dəstəklədiyi Huti üsyançılar Yəmənin cənubunda Ədən liman şəhəri istiqamətində irəliləyişə nail olduğu zaman Yəmənin ABŞ tərəfindən dəstəklənən prezidenti Əbdu Rabu Mənsur Hadi Səudiyyə Ərəbistanına qaçıb.

Bu ilin əvvəli döyüşlərin şiddətləndiyi vaxt ABŞ Sənadakı səfirliyini bağalyıb. Münaqişə nəticəsində 2 mindən çox insan həyatını itirib.   

Son xəbərlər

Orphus sistemi