ABŞ Yəməndə atəşkəs istəyir

ABŞ Yəməndə atəşkəs istəyir Münaqişə tərəflərinin beş günlük atəşkəs barədə razılığa gəldiyi iddia edilir
Digər ölkələr
3 İyul , 2015 06:35
ABŞ Yəməndə atəşkəs istəyir

Bakı. 3 iyul. REPORT.AZ/ Rəsmi Vaşinqton Yəməndəki münaqişə tərəflərinə müraciət edərək, Ramazan ayının sonunadək bütün hərbi əməliyyatların dayandırılmasını təklif edib.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti məsələ ilə bağlı xüsusi açıqlama da yayıb.

Açıqlamada qeyd olunur ki, müqəddəs Ramazan ayının sonunadək Yəməndə döyüşlər dayandırıla bilər. Beləliklə də, əhalinin üzləşdiyi humanitar fəlakətin qarşısı müəyyən dərəcədə alınar.

Bu arada, təsdiqlənməmiş məlumata əsasən, münaqişə tərəfləri artıq beş günlük atəşkəs barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi