ABŞ Vyana konvensiyasının fakültətiv protokolundan çıxıb

ABŞ Vyana konvensiyasının fakültətiv protokolundan çıxıb Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ Mübahisəli məsələlər haqqında Vyana Konvensiyasının fakültətiv protokolundan çıxıb.
Digər ölkələr
4 Oktyabr , 2018 14:46
ABŞ  Vyana konvensiyasının fakültətiv protokolundan çıxıb
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ Mübahisəli məsələlər haqqında Vyana Konvensiyasının fakültətiv protokolundan çıxıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

Onun sözlərinə görə, Prezident Donald Tramp bu addımı ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Fələstinin şikayətinə cavab olaraq atıb: “ABŞ ünvanına deyilən yersiz siyasi iddialar qarşısında susmaq niyyətində deyil. ABŞ Vyana Konvensiyasından çıxmağa hazırlaşmır. Biz konvensiyanın bütün iştirakçılarını üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırırıq”.

Qeyd edək ki, Vyana Konvensiyası diplomatik hüquq sahəsində beynəlxalq müqavilələrin əsaslarındandır. Bu sənəd Avstriyanın paytaxtı Vyanda 1961-ci il martın 2-dən aprelin 14-dək keçirilən müzakirələr nəticəsində qəbul edilib. Konvensiya 53 maddə də daxil olmaqla iki fakültətiv protokoldan ibarətdir.

Protokollardan biri diplomatik nümayəndəliklərin, diplomatların ailə üzvlərinin və onlarla yaşayan insanların vətəndaşlıq əldə etməsi, digəri isə mübahisəli məsələlərin Beynəlxalq Məhkəməyə çıxarılmasını nəzərdə tutur. 

Son xəbərlər

Orphus sistemi