Yuxarı

ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampdan narazıdır

ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampdan narazıdır
Respondentlərin 59%-i ABŞ-ın yanlış yolla hərəkət etdiyini bildirib
© The Independent

Bakı. 16 avqust. REPORT.AZ/ ABŞ vətəndaşlarının 52%-i hazırkı prezident Donald Trampın fəaliyyətindən narazıdır.

"Report" xəbər verir ki, bu, "Politico" nəşrinin sifarişi əsasında "Morning Consult" özəl şirkətinin apardığı araşdırma nəticəsində məlum olub. 

Respondentlərin 43%-i isə, əksinə, ABŞ prezidentinin işindən razı qaldıqlarını bildiriblər. Bundan əlavə, rəyi soruşulanların 59%-i ABŞ-ın "yanlış yolla" hərəkət etdiyini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi