ABŞ Venesuelaya humanitar yardım göndərəcək

ABŞ Venesuelaya humanitar yardım göndərəcək Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ Venesuela Prezidenti vəzifəsinin müvəqqəti icraçısı Xuan Quaidonun müraciətinə uyğun olaraq, bu ölkəyə humanitar yardım göndərəcəyini açıqlayıb.
Digər ölkələr
2 Fevral , 2019 10:05
ABŞ Venesuelaya humanitar yardım göndərəcək

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ Venesuela Prezidenti vəzifəsinin müvəqqəti icraçısı Xuan Quaidonun müraciətinə uyğun olaraq, bu ölkəyə humanitar yardım göndərəcəyini açıqlayıb. 

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton "Twitter" hesabında məlumat verib. 

O, Venesuela xalqına dərmanlar, tibbi ləvazimatlar və qida məhsulları daxil olmaqla humanitar yardım ediləcəyini qeyd edib.

Bundan başqa, ABŞ dövlət katibi Maykl Pompeo da "Twitter" hesabı vasitəsilə C.Boltonun fikirlərini dəstəkləyərək Venesuela xalqına yardım göstərməyə hazır olduqlarını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ administrasiyası Venesuela xalqına yardım üçün 20 milyon dollar ayrıldığını və zəruri olanları göndərməyə hazır olduqlarını bəyan etmişdi. 

Son xəbərlər

Orphus sistemi