Yuxarı

Dövlət Departamenti: Venesuelanın demokratiyaya dinc yolla qayıdışının tərəfdarıyıq

ABŞ Venesueladakı vəziyyətin dinc yolla aradan qalxmasını dəstəkləyir

Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ Venesuelanın demokratiyaya dinc yolla qayıtmasına tərəfdar olsa da, buna nail olmaq üçün hər cür addımları məqbul sayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibinin Qərb yarımkürəsi işləri üzrə köməkçisi Kimberli Breyer telefon brifinqi zamanı bildirib.

“Bu böhranın dinc yolla aradan qaldırılmasını fəal şəkildə dəstəkləyirik. Eyni zamanda bütün variantlar məqbul olsa da, Venesuelada demokratiyaya dinc yolla qayıdışa ümidvar olduğumuzu aydın bildirmişik”, - deyə K.Breyer vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi