ABŞ Venesuela parlamentinin spikerini prezident kimi tanıya bilər

ABŞ Venesuela parlamentinin spikerini prezident kimi tanıya bilər Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Venesuela parlamentinin spikeri, müxalifətyönlü siyasətçi Xuan Quaydonun Vaşinqtonun legitimliyini tanımadığı dövlət başçısı Nikola Maduronun əvəzinə bu ölkənin prezidenti kimi tanınması mümkünlüyünü rəsmi olaraq nəzərdən keçirir.
Digər ölkələr
15 Yanvar , 2019 22:58
ABŞ Venesuela parlamentinin spikerini prezident kimi tanıya bilər

Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Venesuela parlamentinin spikeri, müxalifətyönlü siyasətçi Xuan Quaydonun Vaşinqtonun legitimliyini tanımadığı dövlət başçısı Nikola Maduronun əvəzinə bu ölkənin prezidenti kimi tanınması mümkünlüyünü rəsmi olaraq nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı mənbələrə istinadən CNN məlumat yayıb.

Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Garrett Marquis, Trampın müxalif siyasətçini Venesuelanın prezidenti kimi tanımaq mümkünlüyünü nəzərdən keçirməsinə dair məlumatları təsdiqləməkdən imtina edib.

Lakin o bildirib: "ABŞ, demokratik şəkildə seçilmiş Milli Məclis sədri kimi, cəsarətlə Venesuela konstitusiyasının 233-cü maddəsinə müraciətət edərək, ölkədə azad və ədalətli seçkilərə çağırmağı öz konstitusiya səlahiyyətləri elan edən Xuan Quaydonu dəstəklədiyini ifadə edib".

Son xəbərlər

Orphus sistemi