ABŞ Venesuela məmurlarına qarşı təzyiqləri davam etdirəcək

ABŞ Venesuela məmurlarına qarşı təzyiqləri davam etdirəcək Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ, mövcud və keçmiş Venesuela məmurlarının vizalarını ləğv etməyi və onlara qarşı məhdudiyyətlərin tətbiqini davam etdirəcək.
Digər ölkələr
11 Yanvar , 2019 05:52
ABŞ Venesuela məmurlarına qarşı təzyiqləri davam etdirəcək

Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ, mövcud və keçmiş Venesuela məmurlarının vizalarını ləğv etməyi və onlara qarşı məhdudiyyətlərin tətbiqini davam etdirəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

"Biz…Venesuelanın insan haqlarının pozulması, siyasi korrupsiya və demokratiya aliliyinin pozulmasında əli olan və ya məsuliyyətli bilinən mövcud və keçmiş məmurlar və onların ailə üzvlərinin vizalarını ləğv etməyi və onlara qarşı digər məhdudiyyətlərin tətbiqini davam etdirəcək", - deyə Pompeonun Dövlət Departamenti tərəfindən Nikolas Maduronun yeni prezidentlik müddəti ilə bağlı yaydığı bəyanatında bildirilir.

Son xəbərlər

Orphus sistemi