KİV: Amerika Venesuela hərbçiləri ilə birbaşa əlaqədədir

KİV: Amerika Venesuela hərbçiləri ilə birbaşa əlaqədədir Bakı. 9 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar Venesuela silahlı qüvvələrinin nümayəndələri ilə bilavasitə əlaqədədir və onları Bolivarian Respubikasının prezidenti Nakolas Maduronu dəstəkləməməyə çağırıb.
Digər ölkələr
9 Fevral , 2019 02:24
KİV: Amerika Venesuela hərbçiləri ilə birbaşa əlaqədədir

Bakı. 9 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar Venesuela silahlı qüvvələrinin nümayəndələri ilə bilavasitə əlaqədədir və onları Bolivarian Respubikasının prezidenti Nakolas Maduronu dəstəkləməməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ağ evin anonim nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

"Biz keçmiş Maduro rejiminin üzvləri, hərbçilərlə danışırıq, lakin bu söhbətlər son dərəcə məhdud xarakter daşıyır", - deyə agentliyin əlaqələr haqqında ətraflı məlumat verməkdən imtina edən həmsöhbəti bildirib.

Ağ ev təmsilçisi əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Administrasiyası lideri Xuan Quido olan Venesuela müxalifətinin düşərgəsinə keçən hərbçilərin sayının artacağını gözləyir.

O həmçinin bildirib ki, Vaşinqton Maduroya qarşı təzyiqin artırılmasını nəzərdə tutan yeni sanksiyaların hazırlanması ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi