Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ və Türkiyə prezidentləri arasında keçiriləcəyi gözlənilən görüşün vaxtı açıqlanıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hazırda G20-nin sammitində iştirak etmək üçün Çində səfərdə olan Rəcəb Tayyib Ərdoğan Barak Obama ilə sentyabrın 4-də görüşəcək.
Görüş Bakı vaxt ilə saat 08.45-ə başlanacaq.