ABŞ və Şimali Koreya liderlərinin sammitinin təhlükəsizliyini qurkhlar təmin edəcək

ABŞ və Şimali Koreya liderlərinin sammitinin təhlükəsizliyini qurkhlar təmin edəcək Bakı. 5 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşünün təhlükəsizliyini Nepal qurkhları təmin edəcək.
Digər ölkələr
5 İyun , 2018 19:21
ABŞ və Şimali Koreya liderlərinin sammitinin təhlükəsizliyini qurkhlar təmin edəcək

Bakı. 5 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşünün təhlükəsizliyini Nepal qurkhları təmin edəcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ və Şimali Koreya təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə yanaşı, yerli polis qüvvələri də təhlükəsizliyin təmin edilməsinə cəlb olunacaq. 

Qurkhilər, əsasən, sammit keçiriləcək binada, daha vacib qonaqların qaldıqları mehmanxanada və ona yaxın küçələrdə yerləşdiriləcəklər. Onlar ötən həftə Sinqapurda keçirilən Asiya-Sakit okeanının “Shangri-La Dialogue” bölgəsinin təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransının iştirakçılarının təhlükəsizliyini təmin ediblər.

Qeyd edək ki, Sinqapur polisində 1800 qurkh xidmət edir. Nepal qurkhları peşəkar döyüşçülərdir. 1815-ci ildə yaradılıb. Birinci Dünya müharibəsində Yaxın Şərqdə Böyük Britaniya imperiyasının düşmənlərinə qarşı vuruşublar. XIX əsrin əvvəlindən indiyədək onlar Britaniya Silahlı Qüvvələrinin və başqa dövlətlərin ordusunda xidmət edirlər.

Xatırladaq ki, Donald Trampla Kim Çen In arasında görüş iyunun 12-də Sinqapurda yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 05:00-da) başlayacaq. 

Son xəbərlər

Orphus sistemi