ABŞ və Meksika sərhədində iki ton narkotik maddə olan tunel tapılıb

ABŞ və Meksika sərhədində iki ton narkotik maddə olan tunel tapılıb Yeraltı keçid yerli polis idarəsindən bir neçə küçə aralıda yerləşir
Digər ölkələr
21 Oktyabr , 2016 23:05
ABŞ və Meksika sərhədində iki ton narkotik maddə olan tunel tapılıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ ABŞ ilə Meksikanın sərhədində narkotik maddə keçirilməsi üçün istifadə olunan yeni yeraltı tunel aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə cümə günü ABŞ hökumətinə istinadən "Notimex" nəşri yazıb.

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, tuneldə göndərilməyə hazır vəziyyətdə olan iki ton narkotik vasitə olub. Narkotik maddənin növü açıqlanmır.

Yeraltı keçid Meksikanın Tixuana şəhər aeroportu yaxınlığında, yerli federal polis qərargahından cəmi bir neçə küçə aralıda yerləşir.

Son xəbərlər

Orphus sistemi