Bakı. 27 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında ikinci tarixi görüş bu gün Vyetnamın paytaxtı Hanoy şəhərində keçiriləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, dövlət başçılarının qarşıdakı danışıqlarını indidən qapalılığına görə "görünməmiş" təyini ilə xarakterizə etmək olar.
Yalnız dünən Ağ evin yayımladığı məlumatda D.Trampın çərşənbə günü Kim Çen In ilə 20 dəqiqə ərzində təkbətək ünsiyyət quracağı bildirilib. İki lider arasındakı söhbət yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə 15:40-da) başlayacaq və saat 19:00-da (16:00) başa çatacaq.
Onlar eyni zamanda "Sofitel Legend Metropole" hotelində iki saata yaxın müddətdə birlikdə olacaqlar. Belə ki, Tramp hotelə saat 18:15-də (15:15) gələcək, 20:35-də (17:35) isə görüş yerini tərk edəcək.