Yuxarı

ABŞ və KXDR liderləri arasındakı növbəti görüşün formatı açıqlanıb

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Vyetnamın Hanoy şəhərindəki görüşü ötən il Sinqapurda keçirilmiş sammitlə format baxımından eyni olacaq.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ evin yüksəkvəzifəli nümayəndəsi jurnalistlər üçün telefon brifinqində deyib.

Qeyd olunub ki, 27-28 fevral tarixlərinə nəzərdə tutulan görüş çərçivəsində iki lider həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparacaq, habelə işgüzar naharda təmas qurmaq fürsətindən yararlanacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi