ABŞ və Kuba poçt rabitəsini bərpa edir

ABŞ və Kuba poçt rabitəsini bərpa edir Martın 16-da göyərtəsində yazışma və bağlamalar olan ilk təyyarə reysi həyata keçiriləcək
Digər ölkələr
15 Mart , 2016 17:19
ABŞ və Kuba poçt rabitəsini bərpa edir

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ və Kuba 50 ildən sonra ilk dəfə birbaşa poçt rabitəsini bərpa edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Kuba poçtu" sənaye qrupu məlumat yayıb.

Çərşənbə günü, martın 16-da göyərtəsində yazışma və bağlamalar olan ilk təyyarə reysi həyata keçiriləcək.

İlkin mərhələdə bu, pilot layihənin həyata keçirilməsi ilə təmin ediləcək.

Qeyd edək ki, 2014-ci ilin dekabr ayında ABŞ və Kuba 50 ildən çox davam edən fasilədən sonra münasibətlərin normallaşması üzrə kursa başladıqlarını elan edib. 2015-ci il iyulun 20-də Havana və Vaşinqtonda hər iki ölkənin səfirlikləri açılıb.

Son xəbərlər

Orphus sistemi