Bakı. 1 may. REPORT.AZ/ ABŞ ilə Kanada sərhədində 6,5 bal gücündə zəlzələ olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti bildirib.
Məlumata görə, zəlzələ ABŞ-ın Alyaska ştatı və Kanadanın Yukon şəhərin ərazisində baş verib.
Yeraltı təkanın ocağı 0,1 km dərinlikdə yerləşib.
Dağıntı və itkilər haqqında məlumat yayılmayıb.