ABŞ və Çin ticarət sazişi üzrə razılaşmaya qismən nail olub

ABŞ və Çin ticarət sazişi üzrə razılaşmaya qismən nail olub ABŞ və Çin ticarət sazişi üzrə razılaşmaya qismən nail olub.
Digər ölkələr
12 Oktyabr , 2019 00:30
ABŞ və Çin ticarət sazişi üzrə razılaşmaya qismən nail olub

ABŞ və Çin ticarət sazişi üzrə razılaşmaya qismən nail olub.

"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən "Bloomberg" xəbər verib.

Qeyd edilir ki, bununla da iki ölkə arasındakı ticarət müharibəsi dayandırıla bilər.

Əldə olunmuş razılaşma çərçivəsində Çin kənd təsərrüfatı sahəsində bəzi güzəştlərə getməyə hazırdır. ABŞ isə öz növbəsində bir sıra tarif güzəştləri edəcək.

Gözlənilir ki, ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Szinpin razılaşmanı gələn il imzalayacaqlar.

ABŞ və Çin arasında ikigünlük ticarət danışıqlarının yeni mərhələsi 10 oktyabrda Vaşinqtonda başlayıb.

Son xəbərlər

Orphus sistemi