ABŞ və Cənubi Koreya KXDR-ə görə birgə hərbi təlimləri təxirə salacaq

ABŞ və Cənubi Koreya KXDR-ə görə birgə hərbi təlimləri təxirə salacaq Pentaqon rəhbəri Mark Esper bildirib ki, ABŞ və Cənubi Koreya Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə münasibətlərin qaydaya salınması prosesini dəstəkləmək üçünbu ayın sonuna planlaşdırılmış hərbi təlimləri təxirə salacaq.
Digər ölkələr
17 Noyabr , 2019 10:08
ABŞ və Cənubi Koreya KXDR-ə görə birgə hərbi təlimləri təxirə salacaq

Pentaqon rəhbəri Mark Esper bildirib ki, ABŞ və Cənubi Koreya Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə münasibətlərin qaydaya salınması prosesini dəstəkləmək üçünbu ayın sonuna planlaşdırılmış hərbi təlimləri təxirə salacaq.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

"Bu, mənim üçün Birləşmiş Ştatların və Koreya Respublikasının sülhü təmin etməyə vicdanla can atmaq, belə demək mümkünsə, Koreya yarımadasının nüvəsizləşdirilməsi sazişinə aparan, siyasi razılaşmanın nailiyyətinə kömək etməkdir", - deyə Esper bildirib. 

Daha əvvəl ABŞ-ın Hərbi Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədr müavini, kontr-admiral Uilyam Birn xəbər verib ki, bu il ABŞ və Cənubi Koreyanın "Vigilant ACE"birgə təlimləri məhdudlaşdırılmış miqyasda keçiriləcək. Bundan əvvəl isə Pxenyan ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirmək niyyətini ABŞ-KXDR münasibətlərində qarşıdurmaya keçid hesab etdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi