ABŞ və Cənubi Koreya 230 təyyarənin iştirakı ilə ən böyük hərbi təlimlərə başlayır

ABŞ və Cənubi Koreya 230 təyyarənin iştirakı ilə ən böyük hərbi təlimlərə başlayır Təlimlərə ABŞ-a məxsus altı ədəd "F-22" gözəgörünməz qırıcıları da cəlb olunacaq
Digər ölkələr
4 Dekabr , 2017 05:58
ABŞ və Cənubi Koreya 230 təyyarənin iştirakı ilə ən böyük hərbi təlimlərə başlayır

Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ və Cənubi Koreya KXDR-nin raket sınaqları fonunda tarixin ən böyük hərbi təlimlərinə başlayır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, "Vigilant ACE" kod adı altında keçiriləcək təlimlərə təqribən 230 təyyarə, o cümlədən Amerikanın altı "F-22" gözəgörünməz qırıcıları cəlb olunacaq.

Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə məqsəd Vaşinqton və Seul hərbi alyansının Şimali Koreya təxribatlarına qarşı iradə və bacarıqlarını nümayiş etdirməkdir.

Son xəbərlər

Orphus sistemi