​ABŞ universitetində professor öz həmkarını güllələyib

​ABŞ universitetində professor öz həmkarını güllələyib Müəllim və tələbə heyəti təxliyə edilib
Digər ölkələr
15 Sentyabr , 2015 03:13
​ABŞ universitetində professor öz həmkarını güllələyib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Missisipi ştatının Klivlend şəhərində yerləşən Delta Dövlət Universitetinin ərazisində atışma baş verib.

"Report" xəbər verir ki, insident nəticəsində bir nəfər ölüb.

İlkin məlumatlara görə, ölən şəxs universitetdə dərs deyən professorlardan biridir. Atışmanın baş verdiyi şəhərcik insidentdən sonra hüquq mühafizəçiləri tərəfindən dövrəyə alınıb. Tələbə və müəllim heyəti təxliyə edilib.

Ölən şəxs Tarix şöbəsində işləyən İtan Şmidt kimi eyniləşdirilib. Polis atəş açan şəxsi axtarışa verib və şübhəli şəxs qismində həmin universitetdə işləyən coğrafiya üzrə professor Şennon Lembin adını elan edib.

Son xəbərlər

Orphus sistemi