​ABŞ universitetində atışma olub, bir nəfər ölüb

​ABŞ universitetində atışma olub, bir nəfər ölüb Hadisəni törədən şəxs axtarışdadır
Digər ölkələr
1 Noyabr , 2015 19:22
​ABŞ universitetində atışma olub, bir nəfər ölüb

Bakı. 1 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Şimali Karolina ştatında, Uinston-Seylem Dövlət Universiteti şəhərciyinin ərazisində atışma nəticəsində bir nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə oktyabrın 31-də NBC teleşirkəti məlumat yayıb.

Cinayəti törədən şəxsin adı artıq polisə məlumdur. Bu, universitetin tələbəsi olmayan Carret Cerom Murdur.

Hadisəni törədən şəxs axtarışdadır, araşdırma aparılır.

Şəhərcikdə hərəkət məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi