ABŞ tezliklə jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı hesabat yayacaq

ABŞ tezliklə jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı hesabat yayacaq Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ hökuməti tezliklə Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının itkin düşməsinə dair iş üzrə araşdırmanın ilkin nəticələri barədə hesabat yayacaq.
Digər ölkələr
12 Oktyabr , 2018 02:41
ABŞ tezliklə jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı hesabat yayacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ hökuməti tezliklə Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının itkin düşməsinə dair iş üzrə araşdırmanın ilkin nəticələri barədə hesabat yayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ağ evdə jurnalistlər qarşısında çıxış edən Amerika prezidenti Donald Tramp deyib.

O, Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına investisiya axınını dayandırması üçün heç bir səbəb görmədiyini bildirib.

"Reuters"in məlumatına görə, ABŞ prezidenti hesab edir ki, Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlara investisiya yatırımından imtina edəcəyi təqdirdə, pul vəsaitlərini Rusiya və Çinə yönləndirəcək.

ABŞ Prezidenti bundan əvvəl isə jurnalist Camal Qaşıqçının itkin düşməsi hadisəsi ilə bağlı amerikalı müfəttişlərin araşdırmaya başladıqlarını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi