ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirib Sanksiyalar Bəşər Əsədin yaxın ətrafına da şamil edilib
Digər ölkələr
17 May , 2017 00:34
ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirib

Bakı. 17 may. REPORT.AZ/ Amerika hökuməti birtərəfli qaydada sanksiya tətbiq etdiyi Suriya fiziki və hüquqi şəxslərinin siyahısını genişləndirib.

"Report" xəbər verir ki, sanksiyalar Suriya prezidenti Bəşər Əsədin yaxın ətrafına da şamil edilib.

"Qara siyahı"ya 5 fiziki və eyni sayda hüquqi şəxs əlavə olunub: Məhəmməd ibn Məhəmməd Faris Kuvaydir, İhab Mahluf, Məhəmməd Abbas, Samir Sahir Dərviş, İyad Mahluf, həmçinin "Al-Ajnihah", "SCIT" və "Barly Off-Shore" şirkətləri, "Cham Islamic Bank" bankı, "Al-Bustan" xeyriyyə təşkilatı.

Sanksiyalar Suriya hökumətinin zorakılıq aktlarını davam etdirməsi iddiaları səbəbindən tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi