ABŞ qoşunlarının bir hissəsini Əfqanıstandan çıxara bilər

ABŞ qoşunlarının bir hissəsini Əfqanıstandan çıxara bilər Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın administrasiyası Əfqanıstanda olan ABŞ hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaltmaq ehtimalını nəzərdən keçirir.
Digər ölkələr
21 Dekabr , 2018 07:20
ABŞ qoşunlarının bir hissəsini Əfqanıstandan çıxara bilər

Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın administrasiyası Əfqanıstanda olan ABŞ hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaltmaq ehtimalını nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "The Wall Street Journal" qəzeti yazıb.

Mənbələrin məlumatına görə, Amerika qoşunlarının bir hissəsinin Əfqanıstandan çıxarılması bir neçə həftə ərzində başlaya bilər.

Daha əvvəl ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi