ABŞ Suriyanı həbsxanalardan birində krematori yaratmaqda ittiham edib

ABŞ Suriyanı həbsxanalardan birində krematori yaratmaqda ittiham edib Krematorinin dustaqların kütləvi edamını gizlətmək üçün yaradıldığı iddia olunur
Digər ölkələr
15 May , 2017 23:57
ABŞ Suriyanı həbsxanalardan birində krematori yaratmaqda ittiham edib

Bakı. 15 may. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Suriyanı Dəməşq yaxınlığında dustaq cəsədlərinin yandırılması üçün krematori yaratmaqda ittiham edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi vəzifələrinin icraçısı jurnalistlərə məlumat verib.

"Etibarlı mənbələr iddia edirlər ki, çoxlu sayda cəsəd kütləvi qəbiristanlıqda dəfn oluna bilər…Hazırda biz hesab edirik ki, Suriya rejimi Sednaya həbsxanasında dustaqların cəsədlərindən dəlil saxlamadan qurtulmaq üçün krematori yaradıb", - deyə Stüart Cons bildirib.

O qeyd edib ki, Dövlət Departamentinin fərziyyəsinə görə, krematori Suriya rejimi tərəfindən son altı ildə gedən vətəndaş müharibəsi ərzində həyata keçirilən kütləvi məhbus edamlarının gizlədilməsi üçün yaradılıb.

Son xəbərlər

Orphus sistemi