ABŞ terrorçu PKK-nın Suriyadakı qollarına silah tədarükünə başlayıb

ABŞ terrorçu PKK-nın Suriyadakı qollarına silah tədarükünə başlayıb Bu barədə Pentaqonun iki məmuruna istinadən "NBC News" telekanalı bildirib
Digər ölkələr
31 May , 2017 01:41
ABŞ terrorçu PKK-nın Suriyadakı qollarına silah tədarükünə başlayıb
Courtesy İmage

Bakı. 31 may. REPORT.AZ/ ABŞ terrorçu PKK-nın Suriyadakı qolları - YPG və PYD-nin başçılıq etdiyi etdiyi "Suriya Demokratik Qüvvələrin"in kürd birləşmələrinə silah və sursatın tədarükünə başlayıb.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun iki məmuruna istinadən "NBC News" telekanalı bildirib.

Hərbi məmurlardan birinin məlumatına görə, silah tədarükü son 24 saat ərzində başlayıb. Lakin silah tədarükünün hansı yolla həyata keçirildiyi məlum deyil.

Bundan əvvəl ABŞ hərbçiləri bildirmişdi ki, onlar Suriya kürdlərinə zirehli avtomobillər, hərbi sursat və mühəndis avadanlıqları, radiostansiya, buldozerlər tədarük etməyi planlaşdırırlar.

Pentaqon "Suriya Demokratik Qüvvələri"ni İŞİD terror qruplaşmasına qarşı mübarizədə, xüsusən Rakka şəhərinin silahlılardan azad edilməsində zəruri hissə hesab edir. Şəhər 2014-cü ildən İŞİD-in nəzarəti altındadır. 

Qeyd edək ki, Türkiyə bu qurumu terrorçuların təmsilçisi sayır və ABŞ-ı onunla müttəfiqlik etməməyə çağırır.

Son xəbərlər

Orphus sistemi