​ABŞ ştatlarından birində zəhərli maddə çatışmazlığından edam hökmü ləğv edilib

​ABŞ ştatlarından birində zəhərli maddə çatışmazlığından edam hökmü ləğv edilib Bu ilin martından ölkənin Yuta ştatında ölüm hökmü güllələmə, aprelindən isə Oklaxomada qaz kameralarında icra olunur
Digər ölkələr
20 Oktyabr , 2015 10:30
​ABŞ ştatlarından birində zəhərli maddə çatışmazlığından edam hökmü ləğv edilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ-ın Ohayo ştatında 2017-ci ilədək ölüm hökmlərinin icrası lazım olan inyeksiya tapılmadığından təxirə salınıb.

"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.

Xəbərə görə, yaxın 14 ayda 12 məhkumun edamı planlaşdırılıbmış. Ancaq uyğun zəhərli inyeksiyanın olmaması səbəbindən ölüm hökmlərinin icrası 2017-ci ilin sonunadək təxirə salınıb. 

Xəbərə əsasən, şirkətlər edamda istifadə edilən zəhərli inyeksiyanı uyğun qurumlara vermək istəmədiklərindən bu vəziyyət yaranıb. Bu isə yerli hakimiyyəti edamın icrası ilə bağlı başqa üsullar axtarmağa vadar edir.

Məlumatda bildirilib ki, 2017-ci ilin yanvarından sonra daha 25 müttəhim barəsində ölüm hökmünün çıxarılacağı gözlənilir. 

Bu ilin martından ölkənin Yuta ştatında ölüm hökmü güllələmə, aprelindən Oklaxomada isə qaz kameralarında icra olunur. Nebraska ştatında isə zəhərli inyeksiya tapılmadığından ölüm hökmünü ləğv ediblər.

Qeyd edək ki, hazırda ABŞ-da ölüm hökmü paytaxt Vaşinqton və 19 ştatda tətbiq olunur. 

Son xəbərlər

Orphus sistemi