ABŞ ştatı ardıcıl tornado "hücumuna" məruz qalıb, xəsarət alanlar var

ABŞ ştatı ardıcıl tornado "hücumuna" məruz qalıb, xəsarət alanlar var Bir neçə ev dağılıb
Digər ölkələr
15 Fevral , 2017 09:54
ABŞ ştatı ardıcıl tornado hücumuna məruz qalıb, xəsarət alanlar var

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-da Texas ştatının ən böyük şəhəri olan Hyustonun cənub-qərb sahillərində ardıcıl 6 tornado faktı qeydə alınıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində azı 7 nəfər xəsarət alıb.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Həmçinin bir neçə evin dağılması barədə informasiya yayılıb.

Qeyd edək ki, meteorologiya xidməti ştatın bir neçə bölgəsində tornado ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Xüsusi xidmət orqanları bəzi ərazilərdə elektrik enerjisinin verilməsində yaranmış problemləri həll etməyə çalışır. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları isə xəsarət alanlara yardım təklif edib.

Son xəbərlər

Orphus sistemi