Bakı. 11 iyun. REPORT.AZ/ Amerika aviasiyasının Somalidə "Əş-Şabab" terror qruplaşmasının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində 8 yaraqlı ölüb.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun bəyanatına istinadən "Associated Press" məlumat yayıb.
Əməliyyat Somali və digər müttəfiqlərin dəstəyi ilə həyata keçirilib.
***19:18
Bakı. 11 iyun. REPORT.AZ/ Birləşmiş Ştatlar Somalidə terrorçuların təlim düşərgəsinə havadan zərbə endirib.
"Report" "The Jerusalim Post"a istinadən xəbər verir ki, aviazərbə "Əş-Şabab" qruplaşmasının obyektlərinə endirilib.
Zərərçəkən və ölənlər barədə məlumat yoxdur.