​ABŞ Silahlı Qüvvələrinin Hərbi-Hava Əməliyyatları Komandanlığının rəhbəri Rusiya və Çinə xəbərdarlıq edib

​ABŞ Silahlı Qüvvələrinin Hərbi-Hava Əməliyyatları Komandanlığının rəhbəri Rusiya və Çinə xəbərdarlıq edib "Əgər onlar özlərini təcavüzkar və təhlükəli aparsalar biz susmayacağıq"
Digər ölkələr
23 May , 2016 08:37
​ABŞ Silahlı Qüvvələrinin Hərbi-Hava Əməliyyatları Komandanlığının rəhbəri Rusiya və Çinə xəbərdarlıq edib

Bakı. 23 may. REPORT.AZ/ Birləşmiş Ştatlar Rusiya və Çinin hərbi aviasiyasının Amerika təyyarələri və gəmilərinə qarşı davranışlarından narahatdır. Amma ABŞ beynəlxalq hava və dəniz sahəsindən azad istifadə etməkdən imtina etmək niyyətində deyil. 

"Report"un məlumatına görə, bu haqda "USA Today" qəzetinin saytında dərc edilmiş müsahibəsində ABŞ Silahlı Qüvvələrinin Hərbi-Hava Əməliyyatları Komandanlığının rəhbəri, general Herbert Karlayl bildirib.

"Bizi Rusiyanın dirçəlməsi və Çinin fövqəladə təcavüzkarlığı narahat edir"- deyə Amerika generalı vurğulayıb. O, güman edir ki, Rusiya Şərqi Avropanı öz təsir sahəsinə salmağa çalışır. Amma Çin Cənubi Çin dənizində bir sıra adalara görə ərazi mübahisəsi aparır.

"Onlar istəyirlər ki, biz orada olmayaq" - deyə Karlayl əlavə edib: "Onda bu beynəlxalq sahələrə yalnız onlar tərəfindən nəzarət ediləcək. Amma hesab edirəm ki, bunu əldən buraxa bilmərik. Biz qanuni əsaslarda beynəlxalq hava məkanından və beynəlxalq sulardan istifadəni davam etdirəcəyik. Əgər onlar özlərini təcavüzkar və təhlükəli aparsalar, biz susmayacağıq".

Son xəbərlər

Orphus sistemi