Yuxarı

ABŞ Serbiya prezidentinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Serbiya prezidentinə qarşı sanksiyalar tətbiq edib
Maliyyə Nazirliyi: Milorad Dodik Bosniya və Herseqovinanın ərazi bütövlüyü və müstəqilliyinə ciddi təhlükə törədir

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ Maliyyə Nazirliyi Serbiya Respublikasının prezidenti Milorad Dodikə qarşı sanksiyalar tətbiq olunduğunu elan edib.

"Report" xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Məlumatda bildirilir ki, sanksiya 1995-ci ildə qəbul edilmiş Deyton razılaşmasının pozlmasına çalışanlara qarşı tətbiq edilir. Maliyyə Nazirliyi hesab edir ki, Milorad Dodik bu sənədin reallaşmasına fəal mane olub.

"Milorad Dodik Bosniya və Herseqovinanın ərazi bütövlüyü və müstəqilliyinə ciddi təhlükə törədir. Bugünkü qərar ABŞ-ın Deyton razılaşmasına sədaqətini vurğulayır və ölkənin Avropaya inteqrasiya istiqamətində beynəlxalq səylərini gücləndirir" – deyə Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə profil bölməsinin vəzifələrini icra edən Con Smit bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi