Yuxarı

ABŞ senatoruna poçtla göndərilən şübhəli bağlama müsadirə olunub

ABŞ senatoruna poçtla göndərilən şübhəli bağlama müsadirə olunub

Bakı. 26 oktyabr. REPORT.AZ/ ABŞ-ın asayişi mühafizə qurumları Florida ştatı ərazisində yüksək vəzifəli şəxslərdən birinə ünvanlanan daha bir şübhəli poçt bağlamasını ələ keçirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun "Twitter" səhifəsində məlumat verilib.

Məlumatda Floridada sayca 11-ci belə bağlamanın tapıldığı, zahirən əvvəlkilərə bənzəyən bağlamanın senator Kory Bukerə ünvanlandığı qeyd olunur.

Daha əvvəl sabiq prezidentlər - Barak Obama və Bill Klinton, onun həyat yoldaşı, sonuncu seçkilərdə namizəd olmuş Hillari Klinton, Soros Fondunun rəhbəri Corc Soros, tanınmış aktyor Robert de Niro kimi, indiki Prezident Donald Trampın müxaliflərinə poçtla göndərilən partladıcı qurğular barədə xəbərlər yayılmışdı. Ötən gün isə keçmiş vitse-prezident Co Baydenə ünvanlanan şübhəli bağlama ələ keçirilib. Ümumiyyətlə, FTB-nin direktor müavini Uilyam Svinninin sözlərinə görə, bundan əvvəl müxtəlif ictimai və siyasi xadimlərin adına göndərilən 10 şübhəli poçt bağlaması müsadirə olunmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi