ABŞ senatorları Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır

ABŞ senatorları Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır ABŞ-ın Demokratlar və Respublikaçılar Partiyalarından olan bir sıra senatorlar sanksiyaları genişləndirəcəklərinə söz verib
Digər ölkələr
30 Dekabr , 2016 11:07
ABŞ senatorları Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır

Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ-ın Demokratlar və Respublikaçılar Partiyalarından olan bir sıra senatorlar Birləşmiş Ştatların seçki sisteminə müdaxilə və Suriya və Ukraynada münaqişələrlə əlaqədar 2017-ci ilin yanvar ayından Rusiyaya qarşı sanksiyaları genişləndirəcəklərinə söz veriblər.

Bu barədə "Report" "The Hill"ə istinadən xəbər verir.

"İcra hakimiyyəti tədbirlər görüb, amma hökumətin qanunverici qanadının da estafeti qəbul edib irəli addımlaması vacibdir. Qanunvericilik sanksiyaları icra hakimiyyətinin sanksiyalarını tamamlaya və gücləndirə bilər", - deyə Beynəlxalq Əlaqələr Komitəsinin demokrat üzvü Ben Kardin bildirib.

Öz növbəsində, Respublikaçı senator Con Makkeyn və onun partiya tərəfdaşı, Nümayəndələr Palatasının sədri Pol Rayan prezident Barak Obamanın sanksiyalarını gecikmiş hesab etdiklərini vurğulayıblar. C.Makkeyn bu addımların çoxdan vaxtının çatdığını və gələn il daha sərt məhdudiyyətlərin olacağını elan edib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalar haqqında sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi