ABŞ Senatının ofis binasında 181 nümayişçi saxlanılıb

ABŞ Senatının ofis binasında 181 nümayişçi saxlanılıb Nümayişçilər respublikaçıların tibbi sığorta sistemini islah etmək cəhdlərinə qarşı çağırış ediblər
Digər ölkələr
26 Sentyabr , 2017 06:15
ABŞ Senatının ofis binasında 181 nümayişçi saxlanılıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Hüquq-mühafizə orqanları bazar ertəsi Vaşinqtonda ABŞ Konqresi Senatı kompleksinə daxil olan ofis binasında 181 nümayişçini saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kapitoliya polisinin yaydığı məlumatda bildirilir.

Polisin bəyanatında fəalların nəyə qarşı çıxış etdikləri qeyd olunmur. Lakin yerli KİV yazır ki, nümayişçilər ofis binalarının dəhlizlərində respublikaçıların ölkənin tibbi sığorta sistemini islah etmək cəhdlərinə qarşı çağırış ediblər.

Son xəbərlər

Orphus sistemi