ABŞ Senatının komitəsi yanvarın 23-də Tillersonun namizədliyini səsverməyə çıxaracaq

ABŞ Senatının komitəsi yanvarın 23-də Tillersonun namizədliyini səsverməyə çıxaracaq Bundan sonra Tillersonun namizədliyini bütün Senat təsdiqləməlidir
Digər ölkələr
18 Yanvar , 2017 04:35
ABŞ Senatının komitəsi yanvarın 23-də Tillersonun namizədliyini səsverməyə çıxaracaq

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ-ın Senatının Xarici İşlər üzrə Komitəsi yanvarın 23-də yeni seçilmiş prezident Donald Tramp tərəfindən namizədliyi dövlət katibinin postuna təklif edilmiş Reks Tillersonun namizədliyini səsverməyə çıxaracaq.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi komitə sədri, respublikaçı Bob Korkerə istinadən məlumat yayıb.

Məlumata görə, bundan sonra Tillersonun namizədliyini bütün Senat təsdiqləməlidir. Biznesmen bundan ötrü Respublikaçılar Partiyasının əhatə etdiyi səslərin böyük əksəriyyətini toplamalıdır.

"ExxonMobil" şirkətinin keçmiş rəhbəri ilə bağlı dinləmələr Senatda ötən həftə keçirilib və 9 saat davam edib. Deputatlar Suriya, ABŞ və Rusiya münasibətləri, Krımın Rusiyaya birləşdirilməsi kimi məsələlərə toxunublar. Bundan sonra Korker Tillersonun Konqresin yuxarı palatası tərəfindən təsdiq ediləcəyinə əminliyi ifadə edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 2013-cü ilin iyununda Peterburq beynəlxalq iqtisadi forumunda yanacaq-enerji sektorunda əməkdaşlığın gücləndirilməsində verdiyi əhəmiyyətli töhfəyə görə Tillersonu "Dostluq" ordeni ilə təltif edib.

Son xəbərlər

Orphus sistemi