Yuxarı

ABŞ Senatı Qaşıqçının qətlində məsuliyyəti şahzadənin daşıdığını bildirib

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ Konqresinin Senatı cümə axşamı ərəb jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səudu məsuliyyətli bilən qətnamə qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, qətnamə yekdilliklə qəbul olunub. Sənəddə həmçinin Səudiyyə Ərəbisianı hakimiyyətinə jurnalistin ölümündə əli olanların hamısının məsuliyyətə cəlb edilməsinə dair çağırış yer alıb.

Bundan əvvəl Ər-Riyad Qaşıqçının qətlində ittiham olunanları Türkiyəyə verməkdən imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi