ABŞ Senatı Den Bruyettenin energetika naziri vəzifəsinə təyinatını təsdiqləyib

ABŞ Senatı Den Bruyettenin energetika naziri vəzifəsinə təyinatını təsdiqləyib ABŞ Senatı Den Bruyettenin Birləşmiş Ştatların energetika naziri vəzifəsinə təyinatını təsdiqləyib.
Digər ölkələr
3 Dekabr , 2019 04:42
ABŞ Senatı Den Bruyettenin energetika naziri vəzifəsinə təyinatını təsdiqləyib

ABŞ Senatı Den Bruyettenin Birləşmiş Ştatların energetika naziri vəzifəsinə təyinatını təsdiqləyib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

Məlumata görə, onun namizədliyinin lehinə 70 senator səs verib.

Bruyette bu vəzifədə Rik Perrini əvəzləyib. Sonuncu dekabrın 1-də istefaya çıxdığını elan edib.

Perrinin vəzifəsini tərk edəcəyi oktyabrın ortalarında məlum olub. Həmin vaxt ABŞ prezidenti Donald Tramp Bruyettenin namizədliyini irəli sürüb. Bruyette energetika nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edilir ki, Bruyette and içəcək. 

Son xəbərlər

Orphus sistemi