Yuxarı

ABŞ Senatı Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini dəstəkləyib

​ABŞ Senatı Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini dəs

ABŞ Konqresinin Senatı dövlət katibinin müavini Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini dəstəkləyib.

“Report” “TASS”a istinadən xəbər verir ki, onun namizədliyini 70 senator dəstəkləyib, 22 nəfər əleyhinə səs verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 17-də qanunvericilərə Sallivanın Moskvada səfir vəzifəsinə namizədliyinə baxmaq təklifini göndərib. Bundan iki həftə əvvəl - oktyabrın 3-də Con Hantsmanın səlahiyyət müddəti başa çatıb. O, 2017-ci ilin oktyabrında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri təyin edilmişdi.

2018-ci il aprelin 1-dən 26-dək Sallivan Reks Tillersonun istefası ilə əlaqədar olaraq dövlət katibi vəzifəsini icra edib. 2019-cu ilin iyul ayında Sallivan Rusiya ilə strateji təhlükəsizlik mövzusunda danışıqlar aparmaq üçün Cenevrəyə gedən ABŞ nümayəndə heyətinə rəhbərlik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi