ABŞ səfirliyi Avstraliyada terror təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib

ABŞ səfirliyi Avstraliyada terror təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib Səfirlik vətəndaşlarını Avstraliyada yüksək səviyyədə terror təhlükəsinin olması barədə xəbərdar edib
Digər ölkələr
15 May , 2015 12:38
ABŞ səfirliyi Avstraliyada terror təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib

Bakı. 15 may. REPORT.AZ/ ABŞ-ın Kanberradakı səfirliyi vətəndaşlarını Avstraliyada yüksək səviyyədə teror təhlükəsinin olması barədə xəbərdar edib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Amerika Birləşmiş Ştatlarının Avstraliyadakı diplomatik missiyası vətəndaşlarına Avstraliya hökuməti tərəfindən müəyyən olunan terror təhlükəsinin yüksək olaraq qaldığını xatırladır", - səfirliyin rəsmi saytında dərc olunan məlumatda deyilir. 

Son həftələr Avstraliyanın hüquq-mühafizə orqanları Melburnda bir neçə terror aktı planının üstünü açıb və şübhəliləri həbs edib. 

Son xəbərlər

Orphus sistemi