Yuxarı

ABŞ Rusiyanın San-Fransiskodakı konsulluğunu bağlayır

ABŞ Rusiyanın San-Fransiskodakı konsulluğunu bağlayır
Dövlət Departamenti Rusiyaya qarşı əlavə addımların da atılacağını istisna etməyib

Bakı. 31 avqust. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Rusiyadan sentyabrın 2-dək San-Fransiskodakı konsulluğunu və Vaşinqtonla Nyu-Yorkda yerləşən iki obyektini bağlamağı tələb edib.

"Report"un verdiyi məlumata görə, bu barədə RİA "Novosti" xəbər verir.

Bununla yanaşı, Dövlət Departamentindən bildiriblər ki, Rusiya ilə diplomatik paritet tam əldə edilməyib.

Qurum Rusiyaya qarşı əlavə addımların da atılacağını istisna etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi