​ABŞ Rusiyanın İrana S-300 tədarükünün əleyhinə çıxış edir

​ABŞ Rusiyanın İrana S-300 tədarükünün əleyhinə çıxış edir Con Kerri ölkəsinin bu mövqeyini Sergey Lavrova çatdırıb
Digər ölkələr
13 Aprel , 2015 22:32
​ABŞ Rusiyanın İrana S-300 tədarükünün əleyhinə çıxış edir

Bakı. 13 aprel. REPORT.AZ/ Birləşmiş Ştatlar rəhbərliyi Rusiyadan İrana S-300 zenit-raket kompleksi tədarükünün bərpa olunmasına qarşı çıxış edir.

"Report" TASS-a istinadən xəbər verir ki, Ağ evin mətbuat katibi Coşua Ernestin bildirdiyinə görə, Dövlət katibi Con Kerri ölkəsinin bu mövqeyini Rusiyanın xarici işlər naziri Sergey Lavrova çatdırıb.

Bundan əvvəl, Rusiya prezidenti Vladimir Putin raket komplekslərinin İrana tədarükünə qoyulan qadağanın aradan qaldırılmasına icazə verib.

Son xəbərlər

Orphus sistemi