​ABŞ Rusiyanı Suriya əyalətlərinə artilleriya yerləşdirməkdə ittiham edib

​ABŞ Rusiyanı Suriya əyalətlərinə artilleriya yerləşdirməkdə ittiham edib Nuland: "Bu, vəziyyətin pisləşməsinə aparır"
Digər ölkələr
4 Noyabr , 2015 23:34
​ABŞ Rusiyanı Suriya əyalətlərinə artilleriya yerləşdirməkdə ittiham edib

Bakı. 4 noyabr. REPORT.AZ/ ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland Konqressdə çıxışı zamanı bildirib ki, Rusiya Suriyada, xüsusilə də, Həma və Homs əyalətlərində yerüstü atrilleriya yerləşdirib.

"Report" xəbər verir ki, onun çıxışı Dövlət Departamentinin "Twitter" səhifəsi ilə yayımlanıb.

"Rusiya yerüstü artilleriya yerləşdirmək qərarına gəlib ki, bu da, Həma və Homs əyalətlərində vəziyyətin pisləşməsinə aparır", - deyə Nuland bildirib və eyni zamanda sözlərinə heç bir dəlil gətirməyib.

Son xəbərlər

Orphus sistemi