Yuxarı

ABŞ rəsmisi Çini Maduro hökumətini maliyyələşdirməkdə ittiham edib

ABŞ rəsmisi Çini Maduro hökumətini maliyyələşdirməkdə ittiham edib

ABŞ Dövlət Departamentində güman edirlər ki, Çin Venesuela prezidenti Nikolas Maduro hökumətini maliyyələşdirir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Dövlət Departamentin rəsmi nümayəndəsi Morqan Ortaqus fikirlərini belə ifadə edib.

"Çinin sözdə qarışmama fəaliyyəti Venesuela hakimiyyətini təxminən 60 milyard dollar məbləğində zənginləşdirib", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, bu ilin 21 yanvarında Venesuelada hazırkı prezident Nikolas Maduroya qarşı kütləvi etirazlar başlayıb. Bundan az sonra müxalifət lideri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib. Başda ABŞ olmaqla, bir sıra Qərb ölkələri onun namizədliyini dəstəkləyib. Ancaq Rusiya, Çin və bir sıra başqa ölkələr dövlət başçısı Maduroya dəstək veriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi