Yuxarı

ABŞ qonşularını Nikaraquaya qarşı sanksiya tətbiq etməyə çağırır

ABŞ qonşularını da Nikaraquaya qarşı sanksiya tətbiq etməyə çağırır

ABŞ hökuməti Nikaraquaya sanksiya tətbiq edərək qonşularını və Qərb yarımkürəsindəki müttəfiqlərini buna qoşulmağa çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibinin Qərb yarımkürəsi işləri üzrə köməkçisi Kimberli Brayer Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən Latın Amerikasının “Concordia” sammitindəki nitqində bildirib.

“Nikaraquaya qarşı əlavə sanksiyalar tətbiq etmişik və qonşularımızı da bizə qoşulmağa çağırırıq”, - deyən Ağ Ev rəsmisi Kubada da insan hüquqlarının pozulması hallarına göz yummayacaqlarını, bu ölkəyı qarşı sanksiyaların davam edəcəyini diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi