ABŞ, Qətər və Küveyt XİN başçıları Fars körfəzində böhranın həlli yollarını müzakirə ediblər

ABŞ, Qətər və Küveyt XİN başçıları Fars körfəzində böhranın həlli yollarını müzakirə ediblər Tərəflər körfəzdəki böhranı həll etmək üçün vasitəçilik və regionda sabitliyin qorunması səylərini müzakirə edib
Digər ölkələr
11 İyul , 2017 17:41
ABŞ, Qətər və Küveyt XİN başçıları Fars körfəzində böhranın həlli yollarını müzakirə ediblər

Bakı. 11 iyul. REPORT.AZ/ Qətər və Küveytin xarici işlər nazirləri bu gün Fars körfəzində diplomatik böhranın həlli üçün ABŞ-ın dövlət katibi Reks Tillersonla üçtərəfli məsləhətləşmələr keçiriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, Dohadakı görüşdə Qətərin əmiri şeyx Tamim bin Hamad Əl-Tani iştirak də edib.

Tərəflər körfəzdəki böhranı həll etmək üçün vasitəçilik və regionda sabitliyin qorunması səylərini müzakirə edib.

Daha əvvəl Qətər lideri birbaşa R.Tillerson ilə terrorizm və ekstremizmə qarşı mübarizədə birgə səylər, Vaşinqtonun Küveytin vasitəçiliyinə dəstək səyləri, eləcə də Doha və Vaşinqton arasında strateji münasibətlər mövzusunda müzakirə aparıb.

Xatırladaq ki, iyunun əvvəlində Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri terrorizmə dəstək verməkdə və onların daxili işlərinə müdaxilə etməkdə ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsdiklərini açıqlayıb. Bunun ardından əmirliyə qarşı iqtisadi sanksiyalar və nəqliyyat blokadası tətbiq olunub. Qətər hakimiyyəti isə öz növbəsində, başverənlərdən təəssüfləndiyini və xarici tərəfdaşlarının qərarlarının əsassız olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi